Bundesliqanın 31-ci həftəsində Dortmund “Borussiya”sı səfərdə “Hoffenhaym”ı 3:2 hesabı ilə məğlub edib.
Bu mövsüm gözləntiləri aşağı salan Dortmund "Borussiya"sı səfərdə "Hoffenhaym"ı qəbul edib.
Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan Dortmund klubu qol dueli ilə baş tutan görüşdə 3:2 hesabı ilə qalib gəlib.
Sehrou Guirassy matçın 20-ci dəqiqəsində komandasını 1:0 önə keçirib. 34-cü dəqiqədə Qirassi penalti zərbəsini qola çevirə bilməyincə fərqi ikiqat artırmaq fürsətini əldən verib.
61-ci dəqiqədə Hlozek hesabı 1:1 bərabərləşdirib. Brandt 74-cü dəqiqədə Dortmundluları yenidən hesabda irəli çıxarıb. Son anlarda Kaderabek yenidən hesabı bərabərləşdirib. Matçda son sözü Valdemar Anton deyib və hesab 3:2 olub.
Dortmund "Borussiya"sı qarşılaşmada 3:2 hesabı ilə qalib gələrək xallarını 48-ə yüksəldib, düşmə zonasından bir pillə yuxarıda olan "Hoffenhaym" isə 30 xalla qalıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
