Bu gün:

Anthropik CEO-su suni intellektlə bağlı esse yayımlayıb


Anthropik şirkətinin CEO-su Dario Amodei süni intellekt (Sİ) modellərinin daxili iş prinsiplərinin nə qədər az başa düşüldüyünü vurğulayan bir essə yayımlayıb. 

"Təfsir Ediləbilənliyin Təcililiyi" adlı məqalədə Amodei, bu problemin ciddi risklər daşıdığını bildirərək, 2027-ci ilə qədər şirkətin Sİ modellərinin əksər problemlərini etibarlı şəkildə aşkar etmək məqsədini qarşıya qoyduqlarını qeyd edib.

Amodei essəsində, Anthropik-in modellərin cavablarına necə gəldiklərini izləmək sahəsində ilkin irəliləyişlər əldə etdiyini, lakin bu sistemlər gücləndikcə onları başa düşmək üçün daha çox araşdırmanın vacib olduğunu vurğulayıb. O, təfsir ediləbilənlik olmadan bu cür güclü Sİ sistemlərini tətbiq etməyin ciddi narahatlıq doğurduğunu bildirib.

"Bu sistemlər iqtisadiyyat, texnologiya və milli təhlükəsizlik üçün tamamilə mərkəzi olacaq və o qədər müstəqil olacaqlar ki, onların necə işlədiyini tam şəkildə bilməmək bəşəriyyət üçün qəbuledilməzdir", – deyə Amodei essəsində qeyd edib.

Anthropik-in rəhbəri gələcəkdə daha təhlükəsiz və izah ediləbilən süni intellekt modellərinin yaradılması üçün davamlı araşdırmaların vacibliyini bir daha vurğulayıb.


Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et