Mərmərə dənizində baş verən 6,2 bal gücündə Silivri zəlzələsindən sonra rabitə infrastrukturunda yaranan fasilələr offline rabitə tətbiqlərinə marağı artırıb.

İnternet bağlantısına ehtiyac duymadan işləyə bilən proqramlar burada işə düşür. Mütəxəssislərin fikrincə, Bridgefy, FireChat və Zello kimi proqramlar, xüsusən, informasiya çaşqınlığı və panikanın ilk saatlarında kritik rol oynaya bilər.
FireChat həm Bluetooth, həm də Wi-Fi siqnalları ilə işləyən "tor şəbəkə" proqramıdır. Tətbiq bir-birinə yaxın olan istifadəçilər arasında məlumat ötürməklə böyük kommunikasiya şəbəkəsi yarada bilər. Tətbiq 2014-cü ildə Honq-Konq etirazları zamanı internetin kəsilməsi zamanı şöhrət qazanıb.
Signal oflayn tətbiqi ilə bağlı şərhlər də var ki, 100 metr məsafədə olan insanlar proqramdan istədikləri kimi istifadə edə bilərlər. Amma heç bir istifadəçi şərhinə rast gəlmədik. Ona görə də tətbiqi yüklədikdən sonra onun işlək olub-olmaması yoxlanılmalıdır.
Simsiz Tətbiq
Zello internet olduqda işləyən proqram olsa da, çox aşağı bant genişliyi ilə simsiz rabitə kimi səsli əlaqə yaratmağa imkan verir. Böhran zamanı fövqəladə hallara müdaxilə qrupları, axtarış-xilasetmə könüllüləri və vətəndaşlar arasında sürətli məlumat ötürülməsi üçün çox faydalıdır. Zello Walkie Talkie virtual walkie-talkie kimi fəaliyyət göstərir, lakin ukraynalılar Bridgefy-ə üstünlük verirlər, çünki proqram vasitəsilə danışmaq üçün internet bağlantısı tələb olunur. Bu proqram internet bağlantısı olmadan 100 metr məsafədə olan kiməsə şifrəli mesaj göndərmək imkanı təqdim edir.
Bridgefy internet bağlantısı olmadan Bluetooth üzərindən işləyən mesajlaşma proqramıdır. Təxminən 100 metr məsafəyə qədər istifadəçiləri birləşdirə bilən sistem mesajların digər istifadəçilər vasitəsilə daha uzun məsafələrə ötürülməsinə də imkan verir.
Radio Tətbiqləri
Üç ilə yaxındır ki, müharibə şəraitində olan Ukrayna və Rusiya informasiya vermək üçün xüsusilə radio proqramlarına müraciət ediblər. Müharibə və ya təbii fəlakətlər nəticəsində mümkün dağıntılar və əlaqənin kəsilməsi halında məlumatlara sürətli çıxışı təmin edir. SpaceX-in CEO-su İlon Maskın “Starlink” peyk internet terminalının mobil telefon tətbiqi də bu dəqiqələrdə populyarlıq qazanır.
Mənbə: Halk.Tv
Tərcümə etdi: Mina Yadigarlı
