Bu gün:

Beşiktaşdan transfer həmləsi


"Beşiktaş" yeni mövsüm öncəsi transfer əməliyyatlarına başlayıb. İddialara görə, ağ-qara komanda “Vest Hem Yunayted”in futbolçusu Niclas Füllkrugu heyətinə qatmaq istəyir.İngiltərə yığmasından razı qalmayan 32 yaşlı mərkəz hücumçusu üçün "Beşiktaş" meydana çıxıb. Digər tərəfdən, xəbərlərdə "Beşiktaş"ın hücumçu transferinə böyük önəm verdiyi də bildirilib. Bu mövsüm "Vest Hem Yunayted"də 15 matçda forma geyinən alman futbolçu 3 qol və 2 məhsuldar ötürmə ilə komandasına töhfə verib.

Tərcümə etdi:Əlisahib İbrahimli
Mənbə:MaçKolik

Paylaş
Şərh əlavə et