Bu gün:

Göbələk zəhərlənmələri nələrə səbəb ola bilər?


Kayseri Şəhər Xəstəxanası Reanimasiya mütəxəssisi Hilal Sipahioğlu yağışlardan sonra dağlarda peyda olan göbələklərlə bağlı xəbərdarlıq edib. Ehtiyatsız şəkildə bu göbələklərin qəbulunun təhlükəli olduğunu qeyd edən Sipahioğlu bildirib ki, göbələyin 2 cür növü var. Mədəni göbələklər istixana şəraitində yetişən və sağlamlıq problemi yaratmayan göbələklərdir. Digər göbələklər yaz fəsli zamanı ildə iki dəfə görünən göbələk növləridir:
"Dünyada 10 min növ göbələk var. Onlardan 100-ü zəhərlidir. Onların zəhərli olub-olmadığını anlamaq üçün çoxlu təcrübə qazanmaq lazımdır",-deyə qeyd edib.

Xəstə göbələk qəbul etdikdən sonra 3 gün ərzində anormal bir əlamət olarsa, mütləq göbələk qəbul etdiyinizi bildirərək təcili xidmətə müraciət etmək lazımdır. 

Ən çox görülən erkən əlamətlər isə ürəkbulanma, qusma və ishaldır. İlk 2 saatda insanlar halüsinasiyalar görə bilər, qızdırma və qıcolmalar ola bilər. Gec dövrdə 6-24 saat ərzində böyrək və qaraciyər çatışmazlığına qədər irəliləyə bilər. Bu xəstələrdə qaraciyər çatışmazlığı inkişaf edərsə, xəstələrə mütləq panzehir verildikdən sonra 48 saat ərzində intensiv şəkildə təqib edilir. 

Xəstə antidotla yaxşılaşa bilmirsə, biz bu xəstələrə transplantasiya şansı verilir Transplantasiya da yalnız canlı transplantasiya olmalıdır. Adətən göbələk zəhərlənməsi ilə gələn xəstələr ailəcə göbələk qəbul etdikləri üçün bu şansı itirirlər. Ona görə də xəstələri köçürüləcəkləri xəstəxanalara göndərilir. 


Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et