Bu gün:

Ter Stegen formaya qayıdır


Barselonada zədəsini sağaldan Almaniya millisinin qapıçısı Mark Andre Ter Ştegen sabah Real Madridlə qarşılaşacaq İspaniya Kral Kubokunun (Copa Del Rey) finalında iştirak edəcək heyətə daxil edilib.

Kataloniya klubu sentyabrda La Liqada "Vilyarreal"la matçda sağ dizinin yan bağlarından zədə alan 32 yaşlı qolkiperin məşqlərə başladığını və "Real Madrid" matçı üçün heyətdə olacağını açıqlayıb.

"Barselona"nın ulduz mərkəz hücumçusu Robert Levandovski və gənc futbolçular Alejandro Balde, Mark Bernal və Mark Kasado zədələnib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et