Bu gün:

Fərqli mədəniyyətlərdə pul idarəetməsi


Pul idarəetməsi məsələsi olduqda, müxtəlif mədəniyyətlərin özünəməxsus yanaşmaları və vərdişləri var. Yaponlar, amerikalılar və türklər bu mövzuda olduqca fərqli baxış bucaqlarına malikdirlər. Bəs bu mədəni fərqliliklərin arxasında duran səbəblər nələrdir? Gəlin, bu mədəniyyətlərin pula necə yanaşdıqlarına bir nəzər salaq!


Fərqli mədəniyyətlərdə pul idarəetməsi olduqca dəyişkəndir. Pul idarəetməsi həyatımızın ayrılmaz bir hissəsidir və hər kəsin bu mövzuya özünəməxsus yanaşması var. Lakin mədəniyyətə görə bu vərdişlər xeyli fərqlənə bilər. Yaponlar planlı və intizamlı şəkildə qənaət etməyə üstünlük verərkən, amerikalılar sərmayə və istehlak ehtirası arasında tarazlıq qurmağa çalışır. Türklər isə təhlükəsizlik və ailə yönümlü yanaşmanı mənimsəyərək iqtisadi qərarlarını bu dəyərlərə əsasən formalaşdırırlar. Bu mədəni fərqliliklər təkcə şəxsi seçimlərdən ibarət deyil. Eyni zamanda cəmiyyətlərin dəyər sistemini və sosial quruluşunu da əks etdirir.


Bəs yaponlar niyə uzunmüddətli planlaşdırmanı bu qədər önəmli sayırlar? Amerikalılar niyə sərmayə qoymağa bu qədər maraqlıdır? Türklər üçün təhlükəsizlik niyə bu qədər vacibdir? Gəlin, bir-bir nəzər salaq.


Yaponlar: İntizam və uzunmüddətli düşüncə

Yapon mədəniyyətində pul idarəetməsi olduqca ciddi qəbul olunur. Onlar adətən qənaət etməyə və uzunmüddətli plan qurmağa üstünlük verirlər. Xərclərini diqqətlə nəzarətdə saxlayır və gəlirlərinin böyük bir hissəsini yığım üçün ayırırlar. Minimalist həyat tərzi və lüzumsuz xərclərdən qaçmaq maliyyə sabitliyinin əsas açarı sayılır. Ailə büdcəsini adətən qadınlar idarə edir və xərclər detallı şəkildə planlaşdırılır. Gələcək üçün təminat yaratmaq məqsədilə sığorta və sərmayə alətləri də ön plandadır. Bu yanaşma sayəsində, maliyyə böhranlarına belə davam gətirə bilirlər. Qısacası, yaponların pul idarəsində əsas açar söz: intizam.


Amerikalılar: İstehlak və sərmayə arzusu

Amerikalıların pul idarəetməsi fərqli xüsusiyyətlər daşıyır. Onlar risk almağı və sərmayə qoymağı sevirlər. Kredit kartı istifadəsi geniş yayılmışdır və borclanmaq mədəni olaraq böyük bir problem kimi qəbul edilmir. Gəlirlərinin böyük hissəsi gündəlik tələbat və əyləncəyə xərclənir. Lakin sərmayə qoymağa da yüksək maraq göstərirlər. Yatırımlar və daşınmaz əmlak almaq populyardır. “Pul pul gətirməlidir” fəlsəfəsi burada geniş yayılıb. Amerika xəyalı olaraq bilinən öz evinə sahib olmaq arzusu isə maddi təhlükəsizliyin simvolu sayılır. Buna görə də, amerikalılar arasında risk alaraq böyük qazanc əldə etməyi hədəfləmək çox məşhurdur.


Türklər: Təhlükəsizlik və ailə əsaslı yanaşma

Türk mədəniyyətində pul idarəetməsi adətən təhlükəsizlik təminatı və ailəni dəstəkləmək üzərində qurulur. Qızıl və valyuta sərmayələri, riskdən qaçınmağın ən yayğın yollarındandır. Qızıl həmişə ən etibarlı sərmayə vasitəsi kimi dəyərləndirilir. “Yastıqaltı” anlayışı bu vəziyyəti çox gözəl izah edir. Ailə içi həmrəylik mədəniyyəti səbəbindən maddi resurslar tez-tez paylaşılır. Bundan əlavə, sərmayə vasitəsi olaraq ev almaq da çox geniş yayılmış bir təcrübədir.


Mənbə: onedio

Tərcümə etdi: Selcan İbişli

Paylaş
Şərh əlavə et