Bu gün:

Gavalının faydaları nələrdir?


Dietoloq Öznur Akgöz ən çox sevilən meyvələrdən biri olan gavalı ilə bağlı maraqlı məlumatlar verib. Həddindən artıq qəbul edildiyində mədə, bağırsaq, ürək-damar xəstəlikləri üçün risk yaratdığını bildirən Akgöz:

"Natrium, kalium, kalsium, maqnezium, fosfor, həll olunan lif kimi qidalarla zəngin olan yaşıl gavalı tərkibində C və vitaminləri də ehtiva edir. Böyük miqdarda qəbul edildikdə dəri, ürək və qan damarlarına, qaraciyərə və immunitet sisteminə müsbət təsir göstərir. Yaşıl gavalını çox qəbul etmək ertəsi gün həzm sistemini korlaya bilər",- deyə xüsusi qeyd edib.

Lakin bu meyvə duzla və normadan artıq yeyildikdə orqanizmdə öd əmələ gətirir və təzyiqi yüksəldir. 100 qram gavalıda, orta hesabla, 46 kalori var. Yaşıl gavalı mövsümündə gündə 1 porsiya duzsuz şəkildə qəbul edə bilərsiniz. Bir qab dedikdə nəzərdə tutulan, orta hesabla, 10-12 ədəd 

Həmçinin Akgöz qeyd edib ki, yaşıl gavalının qlisemik indeksi aşağı olduğu üçün qan şəkərini birdən-birə yüksəltmir. Bu səbəbdən şəkər xəstələri tərəfindən asanlıqla qəbul edilə bilər:

"Tərkibində A və C vitaminləri və xlorofil antioksidant təsir yaradır, dəri sağlamlığına da təsir edir". 

Dərinin yaşlanmasını yavaşladır və daha sağlam görünməsinə kömək edir. Gavalı həm də ürək-damar sağlamlığına, qan lipidlərinin səviyyəsinə və immunitet sisteminə müsbət təsir göstərir. Xərçəngə tutulma riskini də azaldır.

Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et