Bu gün:

Avokadonun faydaları nələrdir?


Kaliforniya Xalq Sağlamlığı Departamentinin (CDPH) verdiyi məlumata əsasən, avokado ağacı, təxminən, 7000 il əvvəl Cənubi Meksika və Kolumbiyada yaranıb. XVI əsrdə Azteklər və İnkalar İspaniyaya gələnlərə avokado paylaşdıqdan sonra avokadoya "aguacate" adlandırmağa başladılar. 

ABŞ Milli Biotexnologiya Məlumat Mərkəzinə (NCBI) görə, təxminən, yarım avokadonun tərkibi bu maddələrdən ibarətdir:

Kalori - 114

Pəhriz lifi - 6 q

Ümumi şəkər - 0,2 q

Kalium - 345 milliqram (mq)

natrium - 5,5 mq

maqnezium - 19,5 mq

Vitamin A - 43 mikroqram (μg)

Vitamin E - 1,3 mq

Vitamin K - 14 μg

Vitamin B - 6 0,2 mq

Avokado bir vaxtlar kral süfrələri üçün nəzərdə tutulmuş dəbdəbəli bir yemək idi, lakin indi dünyanın hər yerindən bütün təbəqələrdən olan insanlar da istifadə edə bilirlər.

Avokadonun faydaları nələrdir? 

Avokado ürək sağlamlığı üçün faydalıdır. Tərkibindəki beta-sitosterol sayəsində xolesterolu stabil vəziyyətdə saxlayır. 

Qusma və ürəkbulanmanı azaldan, B6 vitamini ehtiva edən avokado, xüsusilə, hamiləlik dövründə səhər bulantılarının qarşısını alır.

Xərçəng hüceyrələrinin, ən əsası, prostat və döş xərçənginin yaranmasının qarşısını alır. Çünki onun tərkibində hüceyrələri xərçəngdən və sərbəst radikalların təhlükəli təsirlərindən qoruyan antioksidant olan glutatyon var.

Dəriyə xeyirli olmaqla yanaşı, yaşlanma əleyhinədir. Həm avokado qəbul etmək, həm də onun saf yağını dəriyə sürtmək dəri hüceyrələrinin sağlamlığını, canlılığını təmin edir. Bundan əlavə, avokadonun tərkibindəki vitamin və mineralların dəri sağlamlığı üçün çox faydalı olduğu bir çox araşdırmalarla sübut edilib.

Ağız qoxusunun qarşısını alır. Müxtəlif səbəblərdən yaranan mədə narahatlığının və ya ağız qoxusunun qarşısını almaq xüsusiyyətinə malikdir.

Avokado tez-tez quru və zədələnmiş saçların müalicəsində istifadə olunur. Tam K vitamini anbarı olan bu tropik meyvə K vitamini çatışmazlığından yaranan xəstəliklərə yaxşı təsir edir.

Mənbə: Sabah

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et