Tesla'nın satışlarının zəifləməsi onu son illərdə olduğu kimi, qırmızıya yaxınlaşdırıb.
Maliyyə nəticələrinə görə, mövcud vəziyyət şirkətin digər elektrik avtomobil istehsalçılarına qarşı ən böyük üstünlüklərindən birini təhdid edir.
Elektrik avtomobil istehsalçısı 2023-cü ilin ilk rübündə təxminən 337,000 EV tədarük edərək 19,3 milyard dollar gəlir əldə edib və 409 milyon dollar xalis gəlir əldə edib. Şirkətin xalis gəlirinə baxdıqda keçən illə müqayisədə daha çox zərərə məruz qaldığı görünür.
Bu, Tesla'nın son iki ildəki ən aşağı çatdırılma rübü olub və şirkətin satışlarının ilbəil azaldığı ilk dövrün ardınca baş verib.
Tesla'nın gəliri 595 milyon dollarlıq sıfır emissiya vergi krediti satışı ilə dəstəklənib, maliyyə hesabatına görə, bu kreditlər olmadan şirkət zərərlə bağlanacaqdı.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
