24Media.az-ın budəfəki qonağı marketinq üzrə mütəxəssis Bəylər Əlizadədir. O, Azərbaycanın bölgələrində sosial-ictimai məkanların çatışmazlığı və həll yollarından danışıb.
-Sizcə, Azərbaycanın bölgələrində sosial-ictimai məkanların çatışmazlığının səbəbləri nələrdir və bunun üçün hansı həll yolları var?

Gənclərin aktiv olduğu İsmayıllı, Şəki, Lənkəran kimi rayonlarda sosial-ictimai məkanların yaradılması sınanılıb, lakin müəyyən bölgələrdə çətinliklər müşahidə olunub. Rayonlarda gənclər mərkəzi fəaliyyət göstərsə də, onların fəaliyyət istiqamətində monotonluq hiss olunur. Çünki bölgələrdən gələn gənclərin Bakı şəhərində müşahidə etdikləri ab-hava ilə, tanış olduğu atmosferlə rayonlardakı gənclər mərkəzində müşahidə etdikləri gənci qane etməyəcək.
Rayonlarda yaşayan gənclər üçün fərqlilik yaratmaq sosial mediada tədbirlərin həyata keçirilməsi ilə başlaya bilər. Nəticədə, sosial-mədəni aktivliyin bölgələrdən canladırılması üçün gənc seqmentlər, influensərlər maarifləndirici, ilhamverici seminarların və əyləncəli fəaliyyətlərin keçirilməsi, təşkil olunmasına cəlb olunmalıdır. Gənclər üçün maraqlı, aktual olan inkişaf mövzuları və təlimlər təşkil olunmaqla yanaşı, onlar arasında sorğu aparılmalıdır.
Əlbəttə ki, inkişaf məqsədli təlimlərin həyata keçirilməsi üçün uyğun, komfortlu sosial-ictimai məkanlar, məsələn, kofeşoplar, kitab-kafelərin yaradılmasına təşəbbüs gərəkdir.
Burada əhali faktoru da var. Rayon daxilində gənclərin toplaşması üçün üç və ya dörd kafe tipli məkanlar ola bilər, fərqli bölgələrdən gələn gənclərin sosiallaşması, aktivliyi üçün də intellektual yarışlar, məlumatlandırıcı görüşlərin təşkil olunması vacibdir.
Tərlanə Abdullayeva
