Bu gün:

WhatsApp-da “Üçüncü mavi işarə” dövrü başlayır


WhatsApp-ın mesajlaşma infrastrukturuna üçüncü mavi işarə əlavə etməklə Meta rəqəmsal rabitədə məlumatların şəffaflığı istiqamətində əhəmiyyətli bir yeniləmə etməyi hədəfləyir. Bu yeni funksiya istifadəçiyə mesajların təkcə alıcı tərəfindən deyil, həm də digər insanlar tərəfindən baxılıb-baxılmadığını bildirmək xüsusən də korporativ kommunikasiyalarda yeni bir izləmə səviyyəsini təmin edir.

WhatsApp'da mesaj statusunu göstərən nişanlar həyatımızın bir hissəsidir: Bir boz işarə mesajın göndərildiyini, ikiqat boz işarə onun alıcıya çatdığını, ikiqat mavi işarə isə oxunduğunu bildirir. Ancaq indi Meta-nın gətirdiyi yenilik ilə üçüncü mavi işarə işə düşür və mesaj ekosisteminə yeni bir ölçü əlavə edir.

Bu yeni xüsusiyyət mesajın alıcıdan başqa biri tərəfindən baxıldığını göstərir. Bu yolla istifadəçilər şəxsi söhbətlərinin kimlərlə paylaşıldığını dərhal görə biləcəklər. Bu, xüsusilə korporativ ünsiyyət və müştəri xidmətləri proseslərində şəffaflıq baxımından diqqətəlayiq addımdır.

Son illərdə məlumatların məxfiliyi ilə bağlı artan həssaslığa cavab olaraq bu xüsusiyyət istifadəçilərə mesajları üzərində daha çox nəzarət təklif edir. Meta-nın bu addımı rəqəmsal platformalarda məxfilik problemlərinin həlli istiqamətində atılan strateji addımlardan biri kimi şərh edilə bilər.

İstifadəçilər “Parametrlər” menyusunda “Məxfilik” sekmesinden “Qabaqcıl oxunuş qəbzləri” seçimini aktivləşdirməklə bu funksiyaya daxil ola biləcəklər. Meta rəsmiləri funksiyanın tədricən bütün istifadəçilərə təqdim ediləcəyini və WhatsApp-ın ən son versiyasının quraşdırılmalı olduğunu bildirir.

Bu yenilik müştərilərlə ünsiyyətdə, xüsusən də WhatsApp Business istifadə edən brendlər üçün şəffaflığın yeni təbəqəsi deməkdir. Müştəriyə göndərilən mesajlara komanda daxilində kimin baxdığının aydın olması həm üstünlük, həm də nəzərə alınmalı olan elementdir.

Meta-nın bu addımını günümüzün istehlakçılarının şəffaflıq gözləntilərinə cavab verən mühüm addım kimi qiymətləndirmək mümkündür. Z nəslinin brend ünsiyyətindən gözlədiyi dürüstlük və açıqlıq prinsiplərinə uyğun gələn bu inkişaf rəqəmsal ünsiyyətdə yeni bir dövrün müjdəçisi ola bilər.

Mənbə: Marketingtürkiye.com

Tərcümə etdi: Mina Yadigarlı


Paylaş
Şərh əlavə et