Bu gün:

Dünyanın ən qəribə yarışı


İngiltərənin Qlosterşir əyalətində hər il keçirilən “Cheese Rolling” yarışı dünyanın ən qəribə və təhlükəli idman növlərindən biri kimi tanınır. Bu unikal tədbirdə rəqiblər dik bir təpədən aşağı yuvarlanan pendiri tutmağa çalışırlar. Bəs bu çılğın və qəribə yarışın arxasında nə dayanır?


Bu yarışmanın bütpərəstlik ritualı kimi başladığı, daha sonra zamanla əyləncəli yarışa çevrildiyi deyilir. Tədbir hər il may ayının son bazar ertəsi, Kuper təpəsi adlanan sıldırım təpədə baş verir. İllər keçdikcə bu müsabiqə təkcə yerli deyil, həm də dünya miqyasında diqqəti cəlb edən hadisəyə çevrilib.


Müsabiqə necə keçirilir?

Müsabiqə təxminən 4 kiloqram ağırlığında olan Gloucester pendirinin təpədən aşağı yuvarlanması ilə başlayır. Rəqiblər pendirin arxasınca təpəyə qaçırlar. Lakin pendir saatda 112 kilometr sürətə çata bildiyi üçün onu tutmaq demək olar ki, mümkün deyil. Bu sürətli və nəzarətsiz eniş zamanı rəqiblər müxtəlif çətinliklərlə üzləşirlər. Təpənin sıldırım və qeyri-bərabər təbiəti qaçanların tez-tez yıxılaraq yuvarlanmasına səbəb olur. Qeyd etmək lazımdır ki, yarışın qalibi pendirə ilk çatan deyil, təpənin dibinə ilk çatan şəxs elan olunur. Bu, rəqiblər üçün həm fiziki, həm də əqli dözümlülüyün sınağı deməkdir.


Risklər və təhlükələr

“Cheese Rolling” təhlükəli idman növü kimi tanınır. Yarışçılar dik və sərt təpədə sürətlə qaçarkən tez-tez yıxılır və xəsarət alırlar. Yarış zamanı ayaq biləyinin burxulması, sümüklərin qırılması və huşun itirilməsi kimi xəsarətlər olduqca yayğındır. Yarışın təhlükəli olması səbəbindən hər il həkim briqadaları yerində saxlanılır. Yarışçılar riskləri dərk edərək bu tədbirə qatılır və tez-tez bu riskləri götürərək yarışın həyəcanını yaşayırlar.



Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et