Bu gün:

Dennis Xu-nun yeni startapı kompüter proqramlarını dəyişir


Texnologiya sahəsində təcrübəli sahibkar Dennis Xu yeni bir startapla gündəmə gəlib. O, proqramçı olmasa da, şəxsi kompüter proqram təminatını kökündən dəyişmək iddiasındadır. Xu daha əvvəl OpenAİ-nin ilk sərmayə qoyduğu startaplardan biri olan süni intellekt(Sİ) əsaslı qeyd üçün olan tətbiqi Mem-in həmtəsisçisi kimi tanınıb.

Onun yeni layihəsi Adaptiv Kompüter adlanır. Bu platformanın məqsədi proqramlaşdırma biliyi olmayan istifadəçilərin sadəcə mətn sorğuları ilə tam funksiyalı tətbiqlər yarada bilməsinə imkan verməkdir. Bu, Adaptiv-in kod tələb etməyən veb-tətbiq platforması vasitəsilə həyata keçiriləcək.

Startap artıq ilk uğurunu da qeyd edib. Xu və həmtəsisçisi Mayk Soylu, Pebblebed-in rəhbərliyi ilə baş tutan 7 milyon dollarlıq ilkin sərmayə raundunu elan ediblər. Sərmayəçilər arasında Conviction, Weekend Fund, məşhur YouTuber Jake Paul-un Anti Fund-u, eləcə də Robloxun CEO-su Dave Baszucki kimi tanınmış adlar yer alır.

Adaptiv Kompüter proqram təminatına dair ənənəvi yanaşmanı dəyişdirərək, proqramlaşdırmanı hamı üçün əlçatan etməyi hədəfləyir.


Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et