Bu gün:

Yarımfinal həyəcanı


Ziraat Türkiyə Kubokunun yarımfinalında “TÜMOSAN Konyaspor” və “Qalatasaray” komandaları üz-üzə gələcək. MEDAŞ Konya Böyükşəhər Stadionunda keçiriləcək qarşılaşma saat 20.30-da başlayacaq. Baş hakim Abdullah Buğra Taşkınsoyun idarə edəcəyi qarşılaşma ATV-də canlı yayımlanacaq. Türkiyə kubokunun C qrupunda yer alan sarı-qırmızılılar 3 görüşdə 1 qələbə, 2 heç-heçə edib. Beş xal toplayan "Qalatasaray" daha az kart aldıqları üçün eyni xalı və top fərqinə malik RAMS Başakşehiri qabaqlayaraq 1/4 finalçı olub. 

"Qalatasaray" 1/4 finalda qoşalaşdığı "Fənərbaxça"nı 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. C qrupunu 2 qələbə və 1 heç-heçə ilə lider kimi başa vuran Konya komandası 1/4 finalda Nesine 2-ci Liqa təmsilçisi İskenderunsporu 3:0 hesabı ilə məğlub edib. Bir oyundan ibarət yarımfinalın qalibi finala yüksələcək.

Matçın 90 dəqiqəlik hissəsində qalib müəyyənləşməsə, 15 dəqiqəlik iki əlavə vaxt oynanılacaq. Əgər bərabərlik davam edərsə, irəliləyən komanda bir sıra penaltilər seriyası ilə müəyyənləşəcək. Qalib komanda finalda Trabzonspor-Göztəpə matçının qalibi ilə qarşılaşacaq. Bu mövsüm 4-cü təyinat İki komanda bu mövsüm 4-cü dəfə üz-üzə gələcək. Sarı-qırmızılılar iki dəfə qarşılaşdığı Trendyol Super Liqasında rəqibini səfərdə 2:1, evdə isə 1:0 hesabı ilə məğlub edib.Türkiyə kuboku qrup mərhələsində isə 0-0 bərabərə başa çatdı.

Tərcümə etdi:Əlisahib İbrahimli
Mənbə:MaçKolik

Paylaş
Şərh əlavə et