Gələcəyi formalaşdırmaq potensialı olan yeni texnologiyalara sərmayə qoymaqla böyük gəlirlər əldə etmək mümkündür. Ancaq belə investisiyalar risklər də gətirir. Gələcək texnologiyaları istehsal etməyə çalışan şirkətlərin, həqiqətən, öz potensiallarından istifadə edə biləcəkləri qeyri-müəyyən olaraq qalır. Pul bazarı mütəxəssisləri investisiya edilə biləcək gələcək texnologiyaları sadalayıblar.

Uçan taksilər
Elmi fantastika filmindən kənar bir şey kimi görünə bilər, lakin Joby Aviation bir gün istifadəçilərin vaxtına qənaət edə biləcək elektrik hava taksiləri istehsal etməyə çalışır. Pilotsuz təyyarə ilə kiçik bir təyyarənin qarışığına bənzəyən bu taksilər altı pervanesi sayəsində şaquli olaraq havaya qalxa və 300 kilometrə qədər sürətlənə bilir.
Yanacaq kimi elektrikdən istifadə edən bu taksilərə yalnız bir pilot və dörd sərnişin minə bilər. Bu il Dubayda hava taksiləri istifadəyə veriləcək. Şirkət iddia edir ki, bu, hava limanından Palm Cumeyrəyə gedən yolu 45 dəqiqədən 12 dəqiqəyə endirəcək.
Sürücüsüz maşınlar
Dünyanın bəzi yerlərində istifadə olunmağa başlayan bir texnologiya var. Google-un ana şirkəti Alphabet-in törəmə şirkəti olan Waymo 2022-ci ildə küçələrdə naviqasiya üçün sensorlardan istifadə edən sürücüsüz taksi xidməti təklif etməyə başladı. Bu avtomobillər hazırda Phoenix, Los Angeles və San Francisco şəhərlərində fəaliyyət göstərir və istifadəçilər sürücüsüz taksi ilə məşğul olmaq üçün onun tətbiqini endirə bilərlər.
Dron kuryer
10 il əvvələ qədər istədiyiniz əşyaları bir kliklə eyni gündə evinizə çatdırmaq fikri çox uzaq görünürdü. Ancaq bəzi tətbiqlər sayəsində şirkətlər kuryer xidmətlərini inanılmaz sürətlə inkişaf etdirdilər. Sonrakı addımın kuryer olaraq insanlar deyil, avtonom dronlar olacağını ifadə edən Maksvell Afrikada tibbi ləvazimat çatdırmaq üçün başlayan və hazırda digər ölkələrə və sektorlara doğru irəliləyən Zipline adlı şirkətin nümunəsini göstərir.
Robot qızlar
İndi bir çox insanların evlərində robot tozsoranlar var. Robotlar fabriklərdə də istifadə olunur. Bununla belə, Uru robotların gələcəkdə daha çox ev işlərində istifadə oluna biləcəyini və daha çox insana oxşayacağını düşünür. Çinin Unitree Robotics şirkəti artıq saatda üç kilometr qaça bilən və bacarıqlı tapşırıqları yerinə yetirə bilən robot hazırlayıb.
Mənbə: Nefes.com
Tərcümə etdi: Mina Yadigarlı
