Bu gün:

Hazırda şəffaf və məqbul qiymətləndirmə üsulu hansıdır?


24media.az-ın növbəti qonağı təhsil mütəxəssisi Vüsal Kərimlidir. O, testyönümlü qiymətləndirmə sisteminin xeyir və zərərlərindən danışıb.


Hazırda şəffaf və məqbul qiymətləndirmə üsulu hansıdır?




Test imtahanları yalnız ölkəmizdə deyil, bütün dünyada tendensiya halını alıb. Tələbələrin bilikləri testlər, böyük, kiçik summativlərlə, universitetlərdə aralıq və semestr imtahanları ilə qiymətləndirilir. Doğrudur, testin zərərləri var, amma hesab edirəm ki, şifahi halda və yaxud digər formada olan yazılı imtahanlarla tələbənin biliyinin yoxlanılmasında subyektivlikdən qaçmaq üçün bu tipli test imtahanları tətbiq edilir. Diqqət etsək, görərik ki, bu gün, xüsusilə, orta məktəb və ya qəbul imtahanları istiqamətində biliyin yoxlanılması, subyektivliyin olmaması üçün ən optimal yol test formasında qiymətləndirilmədir. Amma düşünürəm ki, gələcəkdə bunun alternativinin tapılması üçün alimlər çalışırlar. Mövcud vəziyyətdə isə hesab edirəm ki, ən şəffaf və məqbul qiymətləndirmə test üsuludur. Məktəblərdən fərqli olaraq ali təhsil müəssisələrində xüsusui fənlər istisna olmaqla az isifadə olunur.


Müsahibimiz test tapşırıqlarının şagirdlərin yazılı və şifahi nitqinə mənfi təsiretmə ehtimalına da toxunub.


Düşünürəm ki, hazırda test tapşırıqları tələbələrin nitqinə və araşdırma qabiliyyətinə elə də ciddi təsir etmir. Çünki biliyin qiymətləndirilməsində test tapşırıqları ilə yanaşı tələbələr həm dərs danışırlar, həm araşdırma aparıb təqdimat hazırlayırlar. Yəni testin mövcudluğu ciddi problmlər yaratmır. Son olaraq, onu qeyd edə bilərəm ki, bu gün biliyin şəffaf şəkildə qiymətləndirilməsini testsiz təsəvvür etmək mümkünsüzdür.


Lalə Hüseynova

Paylaş
Şərh əlavə et