
Hər axşam yeməyində uşaqlarınıza bu 3 sualı verməklə ailə bağlarınızı möhkəm saxlamaq üçün nəsə edə bilərsiniz.
1. Bu gün hansı məsələdə cəsarətli davrandın?
Övladlarınız üçün cəsarətin parlaq bir jestlə deyil, adətən, kiçik jestlərlə göstərildiyini öyrədin. Onların cəsarətli və yaxşı niyyətli tərəflərini erkən yaşda-valideynləri tərəfindən qorunduğunu hiss edərkən üzə çıxarmaq vacibdir. Siz onların indi dayandıqları zəmindəsiz, lakin bir gün məktəbdə, işdə və ya şəxsi həyatlarında dayanacaqları yeni bir zəminə ehtiyac duyacaqlar. Həyat qorxulu və ya riskli olduqda onların geriyə baxıb problemlərinin öhdəsindən gələ bildiklərinin sübutu olan cəsur hərəkətlərini görməkləri əsasdır. Bu gün nə qədər cəsarətli idin? Bu sualla onlar cəsarətlərini tanımağı öyrənəcəklər ki, həqiqətən, ehtiyac duyduqları zaman cəsarət ən yaxın dostları olsun.
2. Bu gün ətrafa qarşı necə rəftar etdin?
Uşaqlar qəddar ola bilər. Cəmiyyət tez-tez uşaqlarınıza nəzakətin təslim olmaq və ya başqalarından daha zəif görünmək olduğunu öyrədir. Təəssüf ki, bu, səhvdir. Siz uşaqlarınıza öyrətməlisiniz ki, xeyirxahlıq anlayışla liderlik etmək və başqaları üçün daha güclü olmaq deməkdir. Bəlkə, hamı sakit olanda dostunu müdafiə etmək, bəlkə də, axşam yeməyində həmişə tək oturan qızın yanında oturmaqdır nəzakət... Xeyirxahlıq gücdür. Uşaqlarınızı hər gün bu güclü tərəflər üzərində işləməyə məcbur etməlisiniz.
3. Bu gün nədə uğursuz oldun?
Uşaqlarınızın ardıcıl olaraq uğurun arxasınca getməsini istəyirsizsə, onların uğursuzluqdan qorxmamasını təmin etməlisiniz. Uşaqlarınızın pis imtahan nəticələrini, pozulmuş dostluqlarını və ya onlara zərər verən hər hansı bir şeyi gizlətməsini istəmirsiniz, elə deyilmi? Həyat məğlubiyyətlərlə doludur, ancaq bu məğlub olduğumuz demək deyil! Bu, sadəcə cəhd etdiyimizi göstərir. Hər axşam uşaqlarınızla uğursuzluqlar barədə danışın.
Gələcək illərdə uşaqlarınıza bu 3 sualı verin. Cavablar fərqli olacaq, amma aldıqları sevgi eyni qalacaq.
Mənbə: Habertürk
Tərcümə etdi: Lamiyə Cənnətzadə
