“YouTube”da məzmun yaradıcılarının işini asanlaşdıracaq yeni funksiya var! Süni intellektlə işləyən musiqi istehsalı aləti sayəsində siz indi sadəcə bir neçə söz yazmaqla videolarınız üçün qonorarsız, orijinal musiqi yarada bilərsiniz. “YouTube”un bu yeni addımı rəqəmsal məzmun istehsalında böyük fərq yaratmağa hazırlaşır.

Yaradıcı Musiqi nədir və onun istifadəsi necədir?
YouTube 2023-cü ildə istifadəyə verdiyi Creator Music platforması ilə məzmun istehsalçılarına münasib qiymətə və lisenziyalı musiqi təqdim etməyi hədəfləyib. Bu sistem sayəsində videolarda istifadə olunacaq musiqinin xərcləri şəffaf şəkildə görünə bilər.
Yeni əlavə edilən süni intellekt xüsusiyyəti sayəsində istehsalçılar indi:
Lisenziyasız və orijinal musiqi, tamamilə pulsuz, sadəcə təsvir yazmaqla
asanlıqla əldə edilə bilər.
Hal-hazırda kimlər istifadə edə bilər?
Yeni musiqi yaratmaq aləti hazırda yalnız aşağıdakılar üçün əlçatandır:
“ABŞ”də yaşayan və YouTube Partnyor Proqramına daxil olan istifadəçilər daxil ola bilər. Lakin bu funksiyanın tezliklə daha geniş auditoriyaya təqdim ediləcəyi gözlənilir.
Əvvəlki Eksperiment: Dream Track
YouTube daha əvvəl “DeepMind” ilə birlikdə hazırladığı “Dream Track” adlı süni intellekt alətini sınaqdan keçirib. Bu sistem tanınmış sənətkarların üslubunda qısa musiqi istehsalına imkan verib. Bununla belə, o, əsasən instrumental olub və məhdud məzmun təklif edirdi.
Yeni Music Assistant istifadəçiyə daha çox seçim təklif edir və fərdiləşdirilmiş musiqi istehsalında daha uğurludur.
YouTube musiqi istehsalını dəyişir
Bu süni intellektlə işləyən musiqi aləti orijinal məzmun istehsalını dəstəkləyir və məzmun sahiblərinin musiqi lisenziyasında üzləşdiyi maneələri aradan qaldırır. Bu sistemin gələcəkdə daha da inkişaf edəcəyi və bütün dünyada geniş yayılacağı təxmin edilir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
