Bu gün:

OpenAI-nin rəhbəri: “Zəhmət olmasa” ifadəsi milyonlarla dollara başa gəlib


Sosial şəbəkədə istifadəçinin verdiyi sadə bir sual OpenAI-nin rəhbəri Sam Altmanın maraqlı cavabı ilə gündəmə gəlib. 


X (əvvəllər Twitter) platformasında bir istifadəçi "OpenAI-nin modellərinə 'zəhmət olmasa' və 'təşəkkür edirəm' demək nə qədər elektrik enerjisi xərclədir?" sualını verdikdən sonra Altman zarafatyana cavab verib: "On milyonlarla dollar – amma yaxşı xərclənərsə, heç vaxt bilmək olmaz".


Altmanın bu cavabı ciddi hesablamaya əsaslanmasa da, “Futurism” xəbər portalı bu açıqlamanın arxasındakı reallığı araşdırmağa çalışıb. Məlum olub ki, süni intellekt modellərinə nəzakətlə müraciət etmək sadəcə boş yerə enerji sərfi deyil.

Microsoft-un Copilot dizayn komandasında direktor olan Kurt Beavers bildirib ki, istifadəçilərin nəzakətli dili süni intellektin cavab tonuna birbaşa təsir göstərir: “Əgər model nəzakəti hiss edirsə, daha nəzakətli cavab verir".

Beləliklə, süni intellektlə ünsiyyətdə nəzakətli olmaq təkcə etik davranış deyil, həm də cavabların keyfiyyətinə təsir edən bir amil kimi dəyərləndirilir.


Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et