Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək Nyu Yorkda keçirilən sərmayəçi toplantısında ümumi aktivləri 4 trilyon dolları keçən 25-dən çox fərqli qurumun nümayəndələri ilə görüşüb. Görüşlərdə Mərkəz Bankının sədri Fatih Karahan da iştirak edib.

Nazir Şimşək G20, BVF və Dünya Bankının Bahar toplantıları üçün getdiyi ABŞ-da Nyu-York təmaslarını tamamladı.
Türkiyə-ABŞ İş Şurası və Citi Qrupunun təşkil etdiyi geniş miqyaslı investor toplantısına qatılan Şimşək, əsasən, portfel investorlarından ibarət qrupla görüşüb.
İnvestorların böyük marağına səbəb olan toplantıda ümumi aktivləri 4 trilyon dolları keçən 25-dən çox müxtəlif təşkilatın yüksək səviyyəli nümayəndələri iştirak edib.
Mənbə:TRT haber
Tərcümə etdi:Ayşən Səlimova
