Avropanın beş əsas futbol ölkəsi Almaniya, Fransa, İngiltərə, İspaniya və İtaliyada matçlar həftəsonu davam edib.

Premyer Liqanın lideri “Liverpul” “Tottenhem”ə qalib gəlsə və ya ən yaxın rəqibi “Arsenal”a məğlub olarsa, çempion adını qazanacaq.
Avropanın 5 böyük futbol ölkəsində Almaniya (Bundesliqa), Fransa (Liqa 1), İngiltərə (Premyer Liqa), İspaniya (LaLiga) və İtaliyada (Seriya A) matçlar həftəsonu davam edib.
Turnir cədvəlinə İngiltərədə "Liverpul", İspaniyada "Barselona", İtaliyada "İnter" və Almaniyada "Bavariya" başçılıq edir.
Fransada əvvəlki həftələrdə çempionluğunu elan edən Paris Saint-Germain (PSJ) məğlubiyyətsiz yoluna davam edib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
