Bu gün:

"Yalnızlıq" -Frederic Leighton


"İncəsənətin inciləri" rubrikası "Yalnızlıq" əsərini təqdim edir. 

Bu əsər 19-cu əsr İngilis rəssamı Frederic Leighton tərəfindən çəkilib. Adı kimi “Yalnızlıq” rəsmi də səssiz, dərin və düşündürücüdür. Tünd fonun qarşısında oturan gənc qadın başını aşağı salıb, heç kimə baxmır. Yumşaq işıq onun solğun üzünü və zərif paltarını vurğulayaraq təklik hissini daha da gücləndirir. Rəssam bu təsvirlə sanki səssiz bir ağrını, daxili boşluğu bizə göstərmək istəyir. Bu vəziyyət insanda dərhal tənhalıq hissini oyadır. Leighton əsərin təsvirini bacısına belə izah edib: “Qışın sərtliyi gölməçələri elə dərinləşdirib ki, sonda tünd qəhvəyi gecəyə gəlirsən... səssizlik hər yeri bürüyür.” O, bu əsərdə sadəcə bir qadını deyil, içimizdəki səssiz boşluğu çəkib.

Buradakı qadın təkdir, yoxsa tənha? Tək olmaq bəzən rahatlıqdır, amma tənhalıq fərqli bir hissdir. Bəzən çox insan içində belə özümüzü tənha hiss edirik. 

Bu rəsm bizə göstərir ki, tənhalıq real və dərin bir hissdir. Onu sadəcə zamanla və doğru doluluqla aradan qaldırmaq mümkündür. Bəzən səssizlikdə tapılan bir rahatlıq, bəzən isə Tanrı ilə qurulan bağ bu boşluğu doldura bilər.

Hazırladı: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et