Bu gün:

Y Kombinator-un keçmiş prezidenti yeni Sİ fondu yaradıb


Y Kombinator-un keçmiş prezidenti və tanınmış investor Geoff Ralston süni intellektin(Sİ) təhlükəsizliyinə yönəlmiş yeni bir investisiya fondu yaratdığını elan edib. 

"Safe Artificial İntelligence Fund" (Təhlükəsiz Süni İntellekt Fondu) adlanan bu təşəbbüs, süni intellektin təhlükəsizlik, etibarlılıq və məsuliyyətli tətbiqinə dəstək verəcək startaplara yönəlib.

Ralston bildirib ki, fond çərçivəsində hər biri 100 min dollar dəyərində investisiya çeki ayrılacaq. Ümumi fondun həcmi 10 milyon dollar təşkil edir. Bu investisiyalar "SAFE" modeli əsasında həyata keçiriləcək. Bu model ilkin mərhələdə investisiya etmək və gələcəkdə səhmlər qarşılığında razılaşma əldə etməyə imkan verir.

"SAIF" adlandırılan fondun adı həm fonun əsas məqsədini ifadə edir, həm də söz oyunu ilə diqqət çəkir. Ralston-un sözlərinə görə, bu fond vasitəsilə məqsəd süni intellekt texnologiyalarının cəmiyyət üçün daha təhlükəsiz və etik şəkildə inkişaf etdirilməsinə dəstək verməkdir.

Hazırda bir çox risk kapitalı investoru Sİ sahəsinə maraq göstərsə də, Ralston-un yanaşması bu texnologiyanın təhlükəsizliyi və sosial məsuliyyətinə daha çox fokuslanır. O, hər nə qədər "təhlükəsiz süni intellekt" anlayışının geniş və qeyri-müəyyən olduğunu qəbul etsə də, bu istiqamətdə ciddi irəliləyişin vacibliyini vurğulayır.


Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə









Paylaş
Şərh əlavə et