Elektrikli motosiklet markası 'LiveWire', indi polis üçün xüsusi patrul modelləri təqdim edib. Bu motosikletlər şəhər təhlükəsizliyi və patrul xidmətləri üçün nəzərdə tutulub.

Polis qüvvələri üçün xüsusi elektrikli motosikletlər təqdim edilib
LiveWire, 'S2 Del Mar' və 'S2 Alpinista' adlı iki yeni motosiklet modelini təqdim edib. Hər iki model polis əməkdaşlarının əməliyyat ehtiyaclarına uyğunlaşdırılmış xüsusi avadanlıqla təchiz olunub.
İlk istifadə Floridada başlayıb
LiveWire yeni modellərini əvvəlcə Florida polis idarələrinə təqdim edib. Bu motosikletlər artıq əməliyyatlarda fəal şəkildə istifadə olunmağa başlayıb.
Polis vəzifələrində yeni dövr
Elektrikli motosikletlər indi yalnız fərdi sürücülər üçün deyil, həm də ictimai təhlükəsizlik missiyalarında vacib alətə çevrilir. 'LiveWire'ın bu yeniliyi, polis idarələrinin daha sakit, ekoloji təmiz və sürətli vasitələrə keçid etdiyini göstərir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
