Almaniya Bundesliqasının 30-cu həftəsində lider "Bavariya" səfərdə "Heidenhaym"ı 4:0 hesabı ilə məğlub edərək çempionluq yolunda daha bir maneəni dəf edib.

Həftə ərzində UEFA Çempionlar Liqasından kənarlaşdırılan Bavariya komandası da bu qələbə ilə əhval-ruhiyyəni artırıb.
Almaniya Bundesliqasının 30-cu həftəsində lider "Bavariya" liqada qalmaq uğrunda mübarizə aparan "Heidenhaym"ın qonağı olub. Voith Arenada keçirilən görüşdə qonaq komanda Bayern Münhen 4:0 hesablı qələbə qazanıb. Bavariya komandasına qələbə qazandıran qolları 13-cü dəqiqədə Harri Keyn, 19-cu dəqiqədə Konrad Laymer, 36-cı dəqiqədə Kinqsli Koman və 56-cı dəqiqədə Coşua Kimmix vurub.
Həftə ərzində UEFA Çempionlar Liqasından kənarlaşdırılan "Bavariya" bu qələbə ilə xallarını 72-yə yüksəldib.
Mənəvi güclənən Bavariya komandası daha çox oyun keçirərək Bayer Leverkuzenlə xal fərqini 9-a çatdırıb.
Liqada ardıcıl 3-cü məğlubiyyətini alan və aşağı liqada yer alan “Heidenhaym” 22 xalla qalıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
