Bu gün:

Formula 1-in növbəti dayanacağı Səudiyyə Ərəbistanıdır


Formula 1 üzrə dünya çempionatında həyəcan mövsümün beşinci mərhələsi olan Səudiyyə Ərəbistanı Qran Prisi ilə davam edəcək.

Nəhəng yarışın pilotlar sıralamasında Lando Norris liderlik edir.

Ciddə küçəsi dairəsində keçiriləcək yarış 50 dövrədən çox təşkil olunacaq. 6.174 kilometrlik yolda seçmə mərhələlər sabah Türkiyə vaxtı ilə saat 20:00-da olacaq və yarış 20 aprel bazar günü eyni saatda başlayacaq.

McLaren komandasının pilotu Oskar Piastri mövsümün ilk dörd yarışından ikisini qazanıb. Onun komanda yoldaşı Lando Norris və Red Bull-un hazırkı çempionu Maks Ferstappen də hərəyə bir yarış qazanıb.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli



 



Paylaş
Şərh əlavə et