Son illərdə bitkilərin səs yayması və qəbul etməsi, hətta akustik kanal vasitəsilə məlumat mübadiləsi edə bilməsi fikri geniş yayılıb.
Bitki bioakustikası sahəsində aparılan tədqiqatlar hələ ilkin mərhələdədir və gələcəkdə maraqlı kəşflərin baş verə biləcəyi ehtimal olunur. Bununla belə, hazırkı biliklər hələ ki, yekdil nəticəyə gəlməyib. Məsələn, bitkilər quraqlıq kimi biotik və abiotik stress hallarında yüksək tezlikli, zəif intensivlikli və qısa məsafəyə yayılan səslər çıxarır. Bitkilərin havada yayılan səslərə həssas olduğunu iddia edən tədqiqatların əksəriyyəti, əslində, torpaq və ya bitkinin öz hissələri vasitəsilə ötürülən vibrasiyalara (titrəyişlərə) aiddir. Qısaca desək, bitkilərin yaxınlıqdakı dinamikdən yayılan aşağı tezlikli və yüksək intensivlikli səslərə reaksiya verərək böyümə kimi proseslərdə dəyişikliklər göstərməsi müşahidə olunub – bu, kənd təsərrüfatında tətbiq oluna biləcək maraqlı nəticədir. Lakin indiki məlumatlara əsaslanaraq demək olar ki, bitkilər öz yaydıqları səsləri, xüsusən də uzun məsafələrdə qəbul edə bilmirlər.
Bitkilər müxtəlif bitki taksonlarında geniş yayılmış mexanosensitiv ion kanalları və ya titrəmə ilə tetiklənən ekstrasellüler matriksdəki dəyişikliklər vasitəsilə səsləri qəbul edə bilərlər. Lakin bu potensial səs qəbul mexanizmləri hələ təsdiqlənməyib. Son bir hesabat da vurğulayır ki, səslərin bitki–bitki və ya bitki–heyvan ünsiyyətini asanlaşdırdığı fikrini dəstəkləyən eksperimental sübutlar yoxdur.
Mənbə: Wiley
Tərcümə etdi: Arzu Qafarova