Bu gün:

Yeməkləri təkrarən qızdırmaq zərərlidirmi?


Əvvəlki gündən qalan yeməklərin biz evə çatanda hazır vəziyyətdə olması imdadımıza çata bilər. Ancaq buna baxmayaraq, bəzi yeməklər qızdırıldıqda son dərəcə təhlükəli ola bilər. Dietoloq Məhəmməd Şahin bu mövzuda məlumat verdi.

Ən vacib detal olaraq zəif saxlama şəraitində artıq qalan yemək sayı bir çox mikrobları cəlb edir, yeməkləri hazırladıqdan sonra onları soyuducuya qoymaq olmaz. Bişmiş yemək soyuducuya girmədən əvvəl otaq istiliyinə çatana qədər, xüsusən də, örtülməyibsə, bir çox mikrobları cəlb edir və bu mikroblar burada çoxalır. Bu mikroblar həm də soyuducudan çıxan yeməkləri qızdırdığımız zaman təzə bişmiş yeməklərlə müqayisədə dadlarının dəyişməsinin səbəbidir.

Qalan yeməklər soyuducuda çarpaz çirklənməyə səbəb ola bilər, qabları soyuducuya qoyduğumuz zaman bu mikroblar soyuducudakı digər qidaları çirkləndirə bilər ki, bu da soyutma mərhələsində çoxlu mikrobları cəlb edir. Əvvəlcədən isidilmiş yeməklər çoxlu qida maddələrini itirir, yüksək istilikdə bişirilən yeməklər aşağı istilikdə soyuducuda saxlama nəticəsində, qida maddələrinin çoxunu itirir.

   Bişmiş və qızdırılan yeməklər histaminlə zəngindir. Yeməklər hər dəfə istiyə məruz qaldıqda içindəki histamin miqdarı artır. Bu qidaları qəbul etmək baş ağrısı, burun tıxanıqlığı, həzm sistemi problemləri, histamin dözümsüzlüyü ilə əlaqəli qaşınma kimi simptomlara səbəb ola bilər. Bütün bu səbəblərə görə, itkilərin qarşısını almaq üçün bir anda istifadə edilə bilən və bişirilə bilən miqdarda yemək hazırlamaq ən faydalısıdır.

Mənbə: CNN Türk

Tərcümə etdi: Aysu Əsədova


Paylaş
Şərh əlavə et