Bu gün:

Fransa həbsxanaları hücumlara məruz qalıb


Fransada baş verən son hadisələrlə bağlı rəsmi araşdırmalar bütün istiqamətlərə açıq şəkildə davam edir. Hələlik həbsxanalarda baş verən yanğınlar və silahlı hücumlar dalğasının arxasında kimin dayandığı tam olaraq məlum deyil.

Bu isə o deməkdir ki, polis nə radikal daxili qrupların, nə də Rusiya və Əlcəzair kimi xarici güclərin bu hadisələrlə əlaqəsini istisna etmir.

Bazar günü gecədən bu yana baş verən 12 hücumun hökumətin son sərt tədbirlərinə cavab olaraq narkotik qrupları tərəfindən həyata keçirildiyinə dair inamlar var. Bu, hökumətin rəsmi mövqeyidir.

Daxili işlər naziri Bruno Retailleau cümə axşamı verdiyi açıqlamada "bizim üzərində işlədiyimiz məsələnin narkotik-yobs olduğunu düşünürəm",-deyə bildirib.

O əlavə edib: "Bizə müharibə elan edən onlar deyil. Yeni narkotik qanunumuzla onlara müharibə elan edən bizik. Onlar da bilirlər ki, biz onların maliyyə qaynaqlarına zərbə vuracağıq".

Hadisələrin gedişatı göstərir ki, son 3 gecə ərzində dəstələr tərəfindən koordinasiya olunmuş plan əsasında həbsxanaların və həbsxana əməkdaşlarının təlim mərkəzlərinin yaxınlığında avtomobillər yandırılıb. İki hücumda odlu silahlardan istifadə olunub.

Çoxsaylı hücumlar zamanı cinayətkarlar divarlara "DDPF" baş hərflərini yazıblar ki, bu da “Fransız Həbsxana Məhbuslarının Hüquqları” anlamına gəlir. Bu qrup daha öncə tanınmırdı, lakin çərşənbə axşamı Telegram platformasında bir həbsxana işçisinin avtomobilinin yandırılmasını əks etdirən video paylaşıb.


Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et