Bu gün:

Sarı-qırmızılılardan yeni qapıçı hərəkəti


Mövsümün sonunda Fernando Muslera ilə yollarını ayırmağa hazırlaşan "Qalatasaray" yeni qapıçısını Fransada tapıb. "Sarı-qırmızılar" bu adla maraqlanır və onun transferinə öz klubu da müsbət yanaşır. Fernando Musleranın "Qalatasaray"da gələcəyi qeyri-müəyyən olsa da, klub mümkün gediş üçün hazırlıqlarını davam etdirir. Mövsümün sonunda müqaviləsi başa çatacaq 38 yaşlı qolkiper "Qalatasaray"da qalmaq, ölkəsinə qayıtmaq və ya futbolu tərk etmək ehtimalı ilə gündəmdədir... Bu qeyri-müəyyənlik qarşısında sarı-qırmızılılar qapıçı transferi üçün alternativlərə üz tutdu. Bu adlardan biri də “Nant”ın 26 yaşlı qapıçısı Alban Lafontdur...

Nant Klubu Lafont ilə yollarını ayırmağa hazırlaşır və həm icarə, həm də transfer haqqı üçün təkliflərə açıqdır. İtalyan jurnalist Nikolo Şiranın iddiasına görə, "Qalatasaray" Lafontu transfer siyahısına əlavə edib. Fransız qolkiper daha əvvəl "Qalatasaray"ın radarında idi. Hazırda bazar dəyəri 4 milyon avro olan Lafontun Fransa komandası ilə 2027-ci ilə qədər müqaviləsi var. Bununla belə, klubunun bu yay gələn təklifləri dəyərləndirməyə hazır olduğu bildirilir.

Mənbə:Nefes
Tərcümə etdi:Əlisahib İbrahimli

Paylaş
Şərh əlavə et