Bu gün:

Narahatlığı olan hər kəs üçün terapevt tərəfindən təsdiqlənmiş 5 məsləhət


Buzzfeed istifadəçilərdən narahatlıqla mübarizə zamanı terapevtlərindən eşitdikləri ən yaxşı məsləhətləri bölüşmələrini istədi. 

1) Narahatlıq başlayan kimi dərhal qələm, kağız götür, insanların ad və soyadlarını yazmağa başla.

“Bu adların kimə məxsus olmasının əhəmiyyəti yoxdur. Bu fəaliyyət narahatlığın başlanğıcından diqqəti yayındırmağa çox kömək edir. Tanıdığınız insanların ad və soyadlarını yazaraq siyahılar yaratmağa başlayanda diqqətiniz dağılır, sakitləşir, hiss etdiyiniz gərginlik səngiməyə başlayır. Xüsusilə, qələmə çox təzyiq edirsinizsə..”

2) Əgər narahatlığınız gecə yarısı başlayırsa, dərhal yataqdan qalxın. Əks halda, çarpayı sizin üçün "yatdığınız yer" mənasını itirər.

“Mən ümumiləşdirilmiş narahatlıq pozğunluğundan əziyyət çəkirəm, bu məni, xüsusilə, gecələr daha da pisləşdirir. Terapevtim yatağımı yalnız yuxu ilə əlaqələndirməyimi söylədi. Narahatlığım başlayanda yataqdan qalxıram və yenidən yatana qədər yataqdan kənarda qalıram”.

3) Hiss etdiyiniz narahatlıqla mübarizə aparmayın. Sadəcə niyə belə hiss etdiyinizi və bunun normal olduğunu anlamağa çalışın.

“Bununla mübarizə aparmağa çalışmayın və ya qəzəblənməməli olduğunuzu düşünməyin. Bu, vəziyyətin daha da pisləşməsinə səbəb olur. Nə hiss etdiyinizi anlayın və bu şəkildə hiss etməyin normal olduğunu qəbul edin. Həmişə unutmayın ki, bu sizin günahınız deyil”.

4) Əgər narahatlığınızın yaxşılaşacağını düşünürsünüzsə, onunla mübarizə aparın. Ancaq həmişə qorxularınıza qarşı məntiqli arqumentlər gətirin.

“Mən narahat insanam və həmişə ayı, qatil kimi şeylərdən qorxmuşam. Həm də mən həmişə mübahisəli adamam və çox ağıllıyam. Terapevtim mənə özümlə mübahisə etməyi və qorxularım üçün rasional izahat tapmağı öyrətdi. Bu, panik ataklarıma son qoymağa kömək etdi”.

5) Ətrafınızda baş verənlərlə bağlı aydın müşahidələr aparın. Bunları təkrarlayın.

“Öz-özümə fikirləşdim ki, bu maşın mavidir və ya "Bu gün çərşənbədir". Belə şeylər söyləmək narahatlığınızı aradan qaldıracaq”.

Mənbə: ceotudent.com 

Tərcümə etdi: Fidan Abdullayeva

Paylaş
Şərh əlavə et