Eskalatorlar insanların bir səviyyədən digərinə rahat və sürətli şəkildə hərəkət etməsini təmin edən elektriklə işləyən pilləkənlərdir. Eskalatorlar həm vaxt, həm də fiziki güc baxımından insanlara böyük rahatlıq yaradır.
Eskalator nədir?
Eskalator, davamlı fırlanan pillələrdən ibarət olan və elektriklə işləyən bir nəqliyyat sistemidir. İnsanları yuxarı və ya aşağı istiqamətə daşıyan bu pilləkənlər, adətən ticarət mərkəzləri, otellər, hava limanları və ictimai nəqliyyat stansiyaları kimi insanların sıx toplaşdığı yerlərdə istifadə olunur. Liftlərlə müqayisədə daha yüksək sərnişin daşıma qabiliyyətinə malik olan eskalatorlar, xüsusilə gərgin vaxtlarda əhəmiyyətli üstünlüklər təmin edir.
Eskalatorların tarixi
Eskalatorun ixtiraçısı Cesse W. Reno 15 mart 1892-ci ildə bu yeniliyə görə patent alıb. O, ixtirasını ilk dəfə 1895-ci ildə Nyu Yorkdakı Coney İsland əyləncə mərkəzində 25 dərəcə mailliklə tətbiq edib. Təxminən altı il sonra Otis Lift Şirkəti Reno ilə əməkdaşlıq edərək eskalatoru kommersiya məhsuluna çevirib. 1900-cü ildə Fransada keçirilən Paris Ümumdünya Sərgisində nümayiş etdirilən bu qurğu daha sonra Filadelfiyadakı bir mağazada quraşdırılaraq ictimaiyyətin istifadəsinə verilib.
Eskalatorlar zamanla şəhər həyatının ayrılmaz və vacib hissəsinə çevrilmişdir. Müasir memarlıqda həm estetik, həm də funksional element kimi ön plana çıxaraq, insanların gündəlik həyatını xeyli asanlaşdırır. Onlar nəinki hərəkət sürətini artırır, həm də sıx yerlərdə insan axınını tənzimləyərək nizamı qoruyur.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
