Bu gün:

Osimhen varsa, problem yoxdur


Qalatasaraylı Viktor Osimhen son 7 liqa matçında 9 qol vurub. “Rider Samsunspor”a da qol vuran ulduz futbolçu liqadakı qollarının sayını 21ə çatdırıb.

Rider Samsunspor matçını əliboş tərk etməyən nigeriyalı hücumçu komandasının ikinci qolunu vurub. Liqada qol sayını 21-ə yüksəldən ulduz futbolçu 31-ci həftəni qol yarışını zirvədə tamamlayıb.

Komandasına qollu töhfə verən Osimhen son 7 liqa matçında 9 dəfə rəqib qapısına yol tapıb. 26 yaşlı futbolçu liqada 4 qol ötürməsi də edib. Nigeriyalı ulduz atışma, qol gözləmələri yaratmaq və mövqe tapmaq kimi hücum statistikası baxımından son həftələrdə liqanın ən uğurlu adlarından biri olmağı bacarıb.

2022/23 mövsümündə "Napoli" forması ilə bütün yarışlarda 31 qol vuran nigeriyalı futbolçu daha 3 qol vursa, karyera rekordunu yüksəldəcək.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et