Avstraliyanın Qərb İncəsənət Qalereyasında nümayiş etdirilən “Yenidən Canlandırma” adlı instalyasiya “ölümsüzlük” anlayışına fərqli bir məna qazandırıb. Dörd il əvvəl dünyasını dəyişən tanınmış bəstəkar Alvin Lüsye ölümündən sonra belə musiqi vasitəsilə varlığını davam etdirir. Onun DNT-sindən əldə olunmuş kök hüceyrələrlə yaradılan mini beyin ətraf mühitdən gələn səslərə reaksiya verərək fasiləsiz şəkildə yeni melodiyalar ifa edir.
Alvin Lüsye 2021-ci ildə vəfat dib.Çoxsaylı fərqli əsərlərin müəllifi olan bəstəkar Avstraliyanın Qərb İncəsənət Qalereyasında sanki yenidən “dirilərək” pərəstişkarları ilə görüşür. “Yenidən Canlandırma” adlı bu instalyasiya Lüsye-yə məxsus DNT materialından alınan kök hüceyrələrdən hazırlanmış mini beyin vasitəsilə musiqi istehsal edir. Alvin Lüsye-nin qanından əldə olunmuş bu mini beyin elektrik siqnalları ötürərək dayanmadan yeni musiqilər bəstələyir.
Mini beyin ətraf mühitdəki səslərə reaksiya verməklə ziyarətçilərə unikal təcrübə təqdim edir. İnstalyasiyada mini beyindən gələn neyron siqnalları qəbul edərək müxtəlif səslər çıxaran 20 böyük mis lövhə, dinamika və mexaniki çəkiclər quraşdırılıb. Bu sistem mini beynin yaratdığı dalğalarla spontan bir simfoniya yaradır. Lüsye həyatının son illərində qan nümunəsini bu məqsədlə bağışlayıb və ölümündən sonra layihədə iştirak etməyə şüurlu şəkildə razılıq verib.
Layihədə çalışan sənətkarlar və neyrobilim mütəxəssisləri bu işin məqsədini “insan varlığının ölümün o üzündə davam etdirilməsi ehtimalını araşdırmaq” kimi dəyərləndirirlər.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli