"Tottenhem" matçında aldığı zədə səbəbindən mövsümün qalan hissəsində oynaya bilməyəcək Mauro İkardi üçün yeni iddia ortaya atılıb. Ulduz hücumçu gələn mövsüm "Qalatasaray"da oynamaya bilər.
"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi "Tottenhem"lə matçda zədələnərək mövsümü yaşıl meydanlardan kənarlaşdırıb. Ulduz futbolçunun lisenziyası mövsümün ikinci yarısında verilməyib. Həyat yoldaşı Wanda Nara ilə problemlərə görə məhkəmə qarşısında olan İkardi sağalma prosesi zamanı fərdi işini vətəni Argentinada davam etdirir. İtaliya mətbuatı InterLive, Mauro İkardinin gələn mövsüm komandada olmayacağını açıqlayıb. Xəbərə görə, ulduz aktrisa övladlarına daha yaxın olmaq üçün və Wanda Nara ilə dava etdiyi üçün Argentinaya qayıda bilər. "Qalatasaray"da oynadığı 3 mövsümdə 87 matçda forma geyinən Mauro İkardi 87 matçda 61 qol vurub, 22 məhsuldar ötürmə edib. İkardi iki dəfə Super Liqa və Superkubok çempionu olub.
Mənbə:Ntv Spor
Tərcümə etdi:Əlisahib İbrahimli