Milli qapıçı Altay Bayındırın debüt etdiyi İngiltərə Premyer Liqasının 32-ci həftə matçında "Mançester Yunayted" səfərdə "Nyukasl Yunayted"ə 4:1 hesabı ilə məğlub olub.
Meydan sahibləri "Mançester Yunayted" 24-cü dəqiqədə "Sent James Park"da Sandro Tonalinin qolu sayəsində önə keçsə də, 37-ci dəqiqədə Alejandro Qarnaçonun qolu ilə 1:1 hesablı bərabərliklə daxil olublar.
İkinci hissədə "Nyukasl Yunayted"in heyətində səhnəyə çıxan Harvi Barnes 49 və 64-cü dəqiqələrdə vurduğu iki qolla ulduza çevrilib, Bruno Gimarays isə 77-ci dəqiqədə komandasının 4-cü qolunu vurub.
Meydandan 4:1 hesablı qələbə ilə ayrılan "Nyukasl Yunayted" 56 xalla 4-cü pilləyə yüksəlib, 38 xalla "Mançester Yunayted" isə 14-cü pillədə qərarlaşıb.
Bu mövsüm "Mançester Yunayted"in heyətində Premyer Liqada ilk matçına çıxan Altay Bayındır mövsümün 7-ci rəsmi matçında iştirak edib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli