Premyer Liqanın lideri "Liverpul" "Vest Hem"i 2:1 hesabı ilə məğlub edərək, ən yaxın rəqibi "Arsenal"la aralarındakı xal fərqini 13-ə çatdırıb.
La Liqada "Barselona", A Seriyasında "İnter" və Bundesliqada “Bayern Münhen” liderlik edirdi. Liqa 1-in çempionu PSJ isə həftəni heç bir matç oynamadan keçirib.
Avropanın 5 böyük futbol ölkəsində Almaniya (Bundesliqa), Fransa (Liqa 1), İngiltərə (Premyer Liqa), İspaniya (LaLiga) və İtaliyada (Seriya A) matçlar həftəsonu davam edib.
Turnir cədvəlinə İngiltərədə "Liverpul", İspaniyada "Barselona", İtaliyada "İnter" və Almaniyada "Bavariya" başçılıq edir.
Fransada özünü çempion elan edən Paris Saint-Germain (PSJ) həftəni heç bir matç oynamadan keçirib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli