Bu gün:

Ana diliniz musiqi istedadınızı formalaşdıra bilər!


Current Biology jurnalında dərc edilən araşdırmaya görə, fərqli tonlarda olan ana dilinə sahib olmaq melodiya qavrayışını yaxşılaşdırarkən ritm qavrayışının azalmasına səbəb ola bilər. Bu qlobal araşdırma dil bacarıqlarının idrakın digər sahələrinə necə təsir etdiyini göstərir.

Tonal dillərdə müxtəlif intonasiyalarla müxtəlif mənaları çatdıran sözlər var. Məsələn, Mandarin dilində "mă" sözü "at", "mā" sözü isə "ana" mənasında işlənir. İspan kimi qeyri-ton dillərində sözün tonu insanın əhval-ruhiyyəsini əks etdirmək üçün dəyişə bilər, lakin bu dəyişiklik sözün mənasında deyil.



Fleyta çalan və Mandarin Çincəsində danışan Jingxuan Liu musiqi və dil arasındakı əlaqə ilə maraqlanırdı. Eyni zamanda, Duke Universitetində psixologiya təhsili alarkən Liu 203 ölkədən, təxminən, yarım milyon insanın musiqi istedadlarının təhlilinə kömək etdi. Bu işdə onun həmkarları eyni melodiyanı müxtəlif tonlarda tanımaq və mahnıların ritminə uyğun tempi saxlamaq kimi müxtəlif musiqi bacarıqlarını ölçən bir oyun hazırladılar.

Tədqiqatda 19 tonlu dildən birini bilənlər 29 tonsuz dildən birində danışanlara nisbətən melodiya tanınmasında daha yaxşı idi. Üstəlik, fərq az deyildi. Tonal dillərdən birində danışanlar, danışdıqları dil sayəsində musiqi dərsi alan bir insanın əldə edəcəyi melodiya qavrayışının yalnız yarısına sahib idi. Lakin onlar ritm saxlamaq mərhələsində daha pis çıxış etdilər.

Mənbə: Evrimağacı

Tərcümə etdi: Fərahim Rzazadə

Paylaş
Şərh əlavə et