Bu gün:

Azərbaycanda uşaq futbolunun vəziyyəti


24.media.az-ın budəfəki müsahibi futbol üzrə mütəxəssis Şahin Diniyevdir. Mütəxəssis Azərbaycandakı uşaq futbolunun mövcud vəziyyətindən danışıb. 

- Azərbaycanda uşaq futbolunun vəziyyətini necə qiymətləndirirsiniz?

Əvvəlki illərə nisbətən indi uşaq futbolunda oyanma var. Artıq hər klubda infrastruktur yaranmağa başlayır. Amma buna baxmayaraq, yetərincə problemler qalmaqdadır. Keyfiyyətli məşqçilər və meydançaların sayı yetərli deyil. Məşq prosesində də problemler var. Klub tərəfindən uşaq futboluna diqqət ciddi deyil. Uşaqların zəncirvari keçidlərində yuxarı qruplardan əvəzedici, sonra əsas komandaya keçidində çoxlu problemler var. Bu problemləri bir tədbirlə düzəltmək çox çətindir. Ayrıca bir proqram olmalidir, həm klub, həm də federasiya tərəfindən  bunu həyata keçirmək vacibdir. Orada həm infrastruktur, həm məşqçilərin maarifləndirilməsi əsas məsələlərdən biridir.

Fidan Abdullayeva 

Paylaş
Şərh əlavə et