Bu gün:

Ronaldodan tək başına qələbə


Səudiyyə Ərəbistanı Liqasında "Əl-Nassr" "Əl-Riyad"ı Kriştiano Ronaldonun qolları ilə 2:1 hesabı ilə məğlub edib. Portuqaliyalı superulduz karyerasında 933-cü qolunu vurub. Səudiyyə Ərəbistanı Liqasının 27-ci həftəsində “Əl Nəsr” “Əl-Riyad”ı qəbul edib. Qonaq komanda, Selemaninin 45+2-ci dəqiqədə vurduğu qolla ilk hissəni 1:0 öndə bağladı. Meydan sahibləri Kriştiano Ronaldonun qolu ilə qayıdıb. Portuqaliyalı superulduz 56 və 64-cü dəqiqələrdə vurduğu qollarla komandasına 2:1 hesablı qələbə qazandırıb. Karyerasında 1000 qol vurmağı hədəfləyən Kriştiano Ronaldo qollarının sayını 933-ə çatdırıb.

Mənbə:Ntv Spor
Tərcümə etdi:Əlisahib İbrahimli

Paylaş
Şərh əlavə et