Bu gün:

Ançelottinin gələcəyi Ardanın qərarını təyin edəcək


İspaniya mətbuatı Arda Gülərlə bağlı transfer xəbərlərini gündəmə gətirməkdə davam edir.  Arda Gülər klub prezidenti Florentino Peresə baş məşqçi Karlo Ançelottinin komandada qalacağı təqdirdə getmək istədiyini bildirib.  Bu təəccüblü inkişaf mövsüm boyu kifayət qədər oyun keçirməyən Ardanın gələcəyi ilə bağlı sualları yenidən gündəmə gətirib. İspan mətbuatı gənc oyunçunun müntəzəm oynaya biləcəyi komandaya keçməyi düşündüyünü irəli sürsə də, Real Madrid rəhbərliyinin hansı yol xəritəsini çəkəcəyi maraqla gözlənilir.

Ançelotti “sükanı arxada” qalsa, Ardanın komandadan gedəcəyi demək olar ki, dəqiqdi. Bu mövsüm Real Madriddə 33 rəsmi matçda forma geyinən Arda Gülər 3 qol vurub, 7 məhsuldar ötürmə edib.

Mənbə:BeinSports
Tərcümə etdi:Əlisahib İbrahimli

Paylaş
Şərh əlavə et