Bu gün:

“Bahar”- Pierre Auguste Kot


"İncəsənətin inciləri" rubrikası "Bahar" əsərini təqdim edir. 

Fransız rəssam Pierre Auguste Kotun “Bahar” (Le Printemps) adlı əsəri incəsənət dünyasında romantizmin zirvəsi sayılır. 1873-cü ildə çəkilən bu şah əsər bu gün də milyonlarla insanın qəlbini fəth edir.

Rəsmdə gənc bir cütlüyün meşəlik ərazidə yelləncəkdə uçduğu an təsvir olunub. Qızın incə baxışları, oğlanın onu qoruma hissiylə əhatələməsi baharın təravəti ilə birləşərək duyğusal bir təəssürat bəxş edir. İşıq oyunları, yumşaq rəng keçidləri və təbiətin sakit fonu əsərə heyranedici bir harmoniya qatır.

Kot bu əsərində yalnız iki gəncin məhəbbətini yox, eyni zamanda, baharın verdiyi saf, təravətli və həyat dolu bir hissi canlandırır. Rəssamın ilham mənbəyi kimi Yunan mifologiyasına, xüsusilə də "Əbədiyyən gənc sevgi" ideyasına söykəndiyi düşünülür.

Əsər ilk dəfə Paris Salonunda təqdim olunub və dərhal böyük marağa səbəb olub. Hazırda Nyu-Yorkdakı Metropolitan İncəsənət Muzeyində saxlanılır. “Bahar” sevginin, gəncliyin və təbiətin əbədi təravətini yaddaşlara həkk edən bir rəsm əsəridir. 

Hazırladı: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et