Bir zamanlar səs yazma və dinləmənin zirvəsi sayılan kaset və maqnitofonlar bu gün nostalji(xoş xatirələrlə yadda qalan emosiyalar) texnologiya kimi xatırlanır. Onların yaranması, inkişafı və istifadəsinin azalması maraqlı bir tarixə əsaslanır.

Kasetin ixtirası və tarixi
Bu gün tanıdığımız kaset texnologiyasını təqdim edən şirkət Philips olub. 1962-ci ildə yığcam kaset formatını hazırlayan Hollandiya şirkəti, bu yeniliyi 1963-cü ildə Avropa bazarına təqdim edib. Əvvəlcə, yalnız peşəkar istifadə və diktə cihazları üçün nəzərdə tutulan kasetlər, Philips-in texnologiyanı digər şirkətlərə lisenziyalaşdırmasından sonra geniş şəkildə yayılmağa başlayıb.
Kasetlər ilk dəfə 1964-cü ildə ABŞ-də hazırlanıb və bu dövrdə ilk ev tipli maqnitofon və kaset yazıcılar alıcılara təqdim edilib. Texnologiyanın əsas üstünlüyü isə səs yazmaq imkanı yaratması və portativliyilə seçilməsi olub.
Kasetçalar texnologiyasının yüksəlişi
1970-ci illərdə kasetçalarları avtomobillərin audio sistemlərində geniş istifadə olunmağa başlayıb. Bir çox avtomobil istehsalçısı bu cihazları standart avadanlıq kimi təqdim edib. 1980-ci illərdə isə kaset texnologiyası öz zirvə dövrünü yaşayıb.
Portativ kaset pleyerləri musiqi dinləmə tərzini köklü şəkildə dəyişib. 1979-cu ildə Soni-nin təqdim etdiyi Walkman seriyası dünya üzrə kasetçaların populyarlaşmasına səbəb olub. Bu dövrdə kaset satışları rekord səviyyəyə çatdı və kasetçalar hər yaş qrupundan insanlar üçün ayrılmaz bir hissəyə çevrildi.
Kasetlərin azalması və CD texnologiyasının yüksəlişi
Kasetlərin populyarlığı 1990-cı illərə qədər davam edib. Lakin bu dövrdə CD-lər ön plana çıxmağa başladı. Onların üstünlükləri arasında daha yüksək səs keyfiyyəti, treklər arasında sürətli və rahat keçid imkanı, həmçinin daha uzunömürlü və dayanıqlı olmaları yer alırdı.
2000-ci illərdə kaset texnologiyası bazardan demək olar ki, tamamilə silinib. Kasetçalarlarını CD çalarlar, MP3 cihazları və rəqəmsal musiqi axını platformaları əvəz edib. Hərçənd kasetlər və maqnitofonlar nostalji texnologiya sayılır, onlar bu gün də kolleksiyaçılar üçün dəyərli əşyalar kimi qorunub saxlanılır.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
