Bu gün:

Şəxsiyyət niyə vacibdir və bizi necə formalaşdırır?


Şəxsiyyət insana xas olan fiziki, əqli, emosional və sosial xüsusiyyətlərinizin toplusudur.

Uşaq və yeniyetmə psixiatrı Asfia Qaadir şəxsi dəyərlərinizin dünya haqqında inanclarınızı əhatə etdiyini vurğulayır.

Şəxsiyyət mənliyi də əhatə edir. Bu, sizi digər insanlardan fərqləndirən xüsusiyyətlər toplusudur, çünki başqaları ilə bəzi ümumi cəhətləriniz olsa belə, heç kim sizinlə eyni xüsusiyyətlərə malik deyil.

Şəxsiyyət inkişafı uşaqlıqdan başlayan, yeniyetməlik dövründə möhkəmlənən və yetkinlik dövründə, eyni zamanda, ömür boyu davam edən bir prosesdir.

Bəs güclü şəxsiyyət hissinə sahib olmaq nəyə görə vacibdir?

•Özünü dərk etmə hissi yaradır

Güclü şəxsiyyət hissi sizə bir insan olaraq kim olduğunuzu dərk etməyə, münasibətlərinizi anlamağa kömək edəcəkdir. 

•Motivasiyanı təmin edir

Güclü şəxsiyyət hissinə sahib olmaq sizə öz dəyərlərinizi və maraqlarınızı aydın şəkildə başa düşmək şəraiti yaradır ki, bu da məqsədlərin müəyyən edilməsinə və onlar üçün çalışmağınıza kömək edir.

•Sağlam münasibətlərə zəmin yaradır

Özünüzü tanıdığınız və qəbul etdiyiniz zaman sizi olduğunuz kimi qiymətləndirən və hörmət edən insanlarla sağlam əlaqələr qura bilərsiniz. Güclü şəxsiyyət hissi həm də effektiv ünsiyyət qurmağa, sağlam sərhədlər yaratmağa kömək edir.

Mənbə: Verywellmind

Tərcümə etdi: Gülay Orucova

Paylaş
Şərh əlavə et