Bu gün:

“ChatGPT Ghibli Filtri” nədir?


“Ghibli filtr” süni intellektə əsaslanan bir filtrdir və istifadəçilərin foto və ya videolarını Studio Ghibli filmlərindəki vizual üsluba uyğunlaşdırır.

“Ghibli filtri” nədir?

“Ghibli filtri” məşhur Yapon animasiya studiyası “Studio Ghibli”nin adını daşıyır. Bu studiya Hayao Miyazaki tərəfindən təsis edilib. O, "Ruhların uzaqlaşması", "Qonşum Totoro" və "Howl's Moving Castle" kimi filmləri ilə tanınır. 


Ghibli üslubu, ümumiyyətlə:

Bu üslub, əsasən, yumşaq və pastel rənglər, əllə çəkilmiş incə detallar, xəyalı xatırladan təbiət mənzərələri və sakit, amma emosional ab-hava ilə seçilir. Süni intellekt texnologiyaları bu vizual tərzi rəqəmsal filtrlərə çevirərək istifadəçilərə "Ghibli" formatına bənzər şəkildə öz şəkillərini yenidən yaratmaq imkanı verir.


ChatGPT ilə "Ghibli" stil şəkillərini necə yaratmaq olar

ChatGPT indi təkcə mətni deyil, həm də vizual formanı dəstəkləyən güclü platformaya çevrilib. Beləliklə, istifadəçilər sadə addımlarla öz şəkillərini Ghibli üslubuna çevirə bilərlər. Aşağıdakı addımları yerinə yetirərək öz "Ghibli" fotonuzu yarada bilərsiniz:


1. Şəkilinizi yükləyin

Süni intellektlə çevirmək istədiyiniz şəkli “ChatGPT”ə yükləməklə başlayın. Bu portret, mənzərə və ya küçənin görüntüsü ola bilər.


2. Üslub təlimatları verin

Filtirin tətbiq edilməsini istədiyiniz üslubu aydın şəkildə göstərin. Məsələn: "Bu şəkli Ghibli üslubunda yenidən yaradın". 


Hayao Miyazakinin tənqidi

“Ghibli”nin həmtəsisçisi Hayao Miyazaki əvvəllər süni intellektlə yaradılan sənət əsərlərini “ruhsuz” və “insan həyatına təhqir” kimi qiymətləndirib. Onun fikrincə, sənət yalnız texniki bacarıqla yaranmır. Bunun üçün duyğular, zaman və həyat təcrübəsi də vacibdir.


Müəllif hüquqları və rəssamların hüquqları

Süni intellekt “Ghibli” üslubu kimi konkret bir estetik tərzi təqlid etdikdə, bu, bəzi rəssamların yaradıcılığını onların icazəsi olmadan kopyalamaq anlamına gələ bilər. Buna görə də, süni intellekt tərəfindən yaradılan məzmunun hansı etik çərçivələrdə dəyərləndirilməli olduğu hələ də açıq müzakirə mövzusu olaraq qalır.


Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et