Bu gün:

Anti-irqçilik nədir?


Anti-irqçilik irqçiliyi aktiv şəkildə müəyyən etmək və ona qarşı çıxmaq prosesidir. İrqçiliyə qarşı mübarizənin məqsədi irqçiliyə meydan oxuma və irqçi ideyaları, hərəkətlərini davam etdirən siyasətləri, davranışları və inancları fəal şəkildə dəyişdirməkdir.

İrqçiliyə qarşı mübarizənin kökü isə fəaliyyətdədir. Söhbət fərdi, institusional və struktur səviyyələrində irqçiliyin aradan qaldırılması üçün addımların atılmasından gedir. Bu, yeni bir konsepsiya deyil, lakin "Black Lives Matter" hərəkatı irqçiliklə mübarizənin əhəmiyyətinə diqqəti artırmağa kömək etdi.

Anti-irqçilik niyə vacibdir?

Sistemli irqçiliyin problemi onun hər yerdə olmasıdır. Biz bunun içində doğulmuşuq. O, mədəniyyətimizə və icmalarımıza, o cümlədən məktəblərimizə, ədliyyə sistemi, hökumət və xəstəxanalarımıza belə sirayət edib. Bu o qədər geniş yayılıb ki, insanlar çox vaxt siyasətlərin, institutların və sistemlərin qeyri-mütənasib olaraq, bəzilərinə üstünlük verdiyini, digərlərini isə zərərsizləşdirdiyinin fərqinə varmırlar.

İnsanlar səhvən inanırlar ki, irqi ayrı-seçkiliyi aradan qaldırmaq üçün sadəcə irqçi olmamaq kifayətdir. Bu perspektivlə bağlı problem odur ki, ağdərili insanlar çox vaxt öz şüursuz qərəzlərindən xəbərsizdirlər. İnsanlar çox vaxt ağların üstünlüyünü dəstəkləyən və irqçi davranışlara, münasibət və siyasətlərə töhfə verən məsələləri tam başa düşmürlər.

“Amma mən irqçi deyiləm” demək həm də insanlara irqçiliyə qarşı mübarizədə iştirak etməkdən çəkinməyə imkan verir. 

Araşdırmalar nəticəsində məlum olub ki, irqçi olmadığına inanan insanlar düşündüklərindən daha çox qərəzli olurlar. Bir tədqiqat da göstərir ki, özlərini irqi bərabərliyə güclü inanan biri kimi göstərənlər qaradərililərə qarşı əhəmiyyətli dərəcədə gizli qərəzliyə meyllidirlər.

İnsanların bu cür məsələlərə biganə yanaşması belə irqçiliyin qorunmasında mühüm rol oynayır. İrqçiliyi görmürlər, çünki bu münasibətlər çox vaxt o qədər dərin kök salmış olur ki, bu cür münasibətləri araşdırmaq və etiraz etmək üçün insan özünü tənqid etməyi bacarmalıdır.

Mənbə: Verywellmind

Tərcümə etdi: Gülay Orucova

Paylaş
Şərh əlavə et