
TFF-nin saytında yer alan açıqlamaya görə, idarə heyəti müxtəlif səbəblərdən “Trabzonspor”a 2 milyon lirə, “Beşiktaş”a 930 min lirə, “Fənərbaxça”ya 168 min lirə, Kasımpaşaya 525 min lirə, Bellona Kayserispora 300 min lirə və “Net Global Sivasspor”a 120 min lirə cərimə kəsilməsinə qərar verib. İntizam şurası “Beşiktaş”ın futbolçusu Tayyib Talha Sanuça kobud qayda pozuntusuna görə 1 oyunluq, “Bellona Kayserispor”da çıxış edən Gökhan Sazdağı isə 1 oyunluq, Onurcan Piri isə 1 oyunluq və 29,250 manat cərimə olunub. PFDK həmçinin "Trabzonspor"un baş məşqçisi Taner Fikrət Saralın futbolun nüfuzuna xələl gətirmək məqsədi daşıyan açıqlamalarına görə 45 gün hüquqlarından məhrumetmə və 1 milyon 500 min lirə cərimə cəzasına məhkum edib.
Mənbə:Trt Spor
Tərcümə etdi:Əlisahib İbrahimli
