Bu gün:

Hüseyn Boltun varisi Gout Goutdur?


17 yaşlı avstraliyalı Gout Gout ikinci dəfə 100 metr məsafəni 10 saniyədən az müddətə qaçıb. Gənc istedadın reytinqində külək amili təsirli olsa da, gələcəyə ümid verib.

Avstraliyanın Pert şəhərində 20 yaşadək idmançılar arasında keçirilən atletika çempionatı beynəlxalq səviyyədə həyəcan yaradıb.

17 yaşlı Gout Gout 100 metr məsafəni 10 saniyəyə qaçıb. Üstəlik, Gout bu uğuru bir yox, iki dəfə əldə edib.

Avstraliyalı istedad artıq əfsanəvi idmançı Hüseyn Boltun yerinə namizəd hesab olunur.

Bolt 9,58 saniyə dünya rekorduna sahibdir. Gout Goutun küləyin köməyi olmadan rəsmi şəxsi rekordu isə 10,17 saniyə olaraq qeyd edilib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et