
Sam bir səhər yataqda uzanarkən, Margate şəhərində sahib olduğu bir evdə kirayə qalan şəxs ona evin divarına çəkilmiş bir qraffitinin fotosunu göndərdi.
Təəccüblü şəkildə, bu rəsmin Banksy-yə məxsus olduğu görünürdü.
Bu, əslində son illərin ən maraqlı Banksy əsərlərindən biri – Valentin Günü Tuşu (yuxarıda göstərilən) idi və 2023-cü ilin Valentin Günündə Margatedə ortaya çıxmışdı.
Heç nə başa düşməyən Sam “divarında Banksy olanda nə etmək lazımdır?” sualını Google-da axtardı.
“Onda Google nə dedi?” – ondan soruşuram.
“Heç nə! Mən də düşündüm ki, bəlkə bələdiyyə ilə əlaqə saxlayım, hansısa incəsənət qalereyası ilə danışım.”
Sam Red Eight Gallery-də çalışan Culyan Aşerə zəng etdi.
Julian və komandası dərhal hərəkətə keçdi, çünki yeni Banksy əsərləri təmizlik işçiləri, hava şəraiti, digər rəssamlar və alverçilər tərəfindən təhlükə altındadır. “Biz bilirdik ki, əsəri qorumağa tələsməliyik”, – deyir Culyan.
Amma Julian-ın Margate-ə bu qədər tez getməsinin başqa bir səbəbi də vardı: əgər Banksy sizin divarınızı seçibsə, bu sizə böyük gəlir qazandıra bilər.
Mənim BBC Radio 4-də yayımlanan “The Banksy Story” adlı podkastımın ikinci mövsümü olan “Banksy Şəhərə Gələndə” üçün, mən iki fərqli ev sahibinin hekayəsini izlədim – hər ikisi bir səhər oyandıqlarında divarlarında Banksy rəsmi görmüşdülər.
Bu mövsüm göstərir ki, Banksy-nin rəsmləri yerli icma üçün nə qədər əhəmiyyətlidir və onun sonrakı taleyi ilə bağlı insanlar niyə bu qədər kəskin fikir ayrılığı yaşayır.
Sam Valentin Günü Tuşu əsərinin himayədarına çevrildi. Bu əsər məişət zorakılığı mövzusuna toxunur – bu cür hadisələr adətən Valentin Günlərində artım göstərir.
Rəsm mürəkkəb bir kompozisiyadır: Gözü göyərmiş, 50-ci illərin cazibədar ev xanımı əlində tavanla yoldaşını vurmuş görünür. Əsərin aşağı hissəsində qırmızı ləkəli tavan, əks tərəfdə isə real soyuducu yer alır – kişi fiqurunun rəsm şəklində ayaqları soyuducunun içindən çıxır. Sındırılmış plastik stul döyüşün izlərini göstərir.
Elə həmin gün axşam saatlarında zibil toplayanlar gəlib soyuducunu apardılar. Bu hadisə hər şeyin bir-birinə qarışmasına səbəb oldu – insanlar orada qalan hissələri özləri üçün götürməyə başladılar. Xaos baş verdi.
Media çaxnaşması, hazırlıqsız yerli bələdiyyə, milyonlarla insanın diqqəti – görünür, Banksy məhz bunu istəyirdi.
Və bu dəfə, əyləncə üçün, o, özü ilə rəssam Peter Brownu da göndərmişdi ki, baş verənləri rəsmlə sənədləşdirsin. Mən Pete “The Street” Brown ilə müsahibə apardım.
“Banksy məni ona görə işə götürmüşdü ki, əsərin əslində nə haqqında olduğunu sorğulamaq istəyirdi,” – Pete izah etdi. “Söhbət qraffitidən gedir, yoxsa ondan sonrakı reaksiyadan və baş verənlərdən?”
Təsadüfən, Pete həmin an Banksy-nin komandası əsərə son toxunuşları edərkən videoya düşüb – və həmin videonu The Banksy Story əldə edə bilib.
Videoda görünür ki, Banksy-nin komandasından biri yerli bir uşağa dron istifadə etməyi öyrədir.
“Onlar divara böyük bir rəsmi çəkməklə məşğuldurlar, amma eyni zamanda uşaqla dron uçurtmaq üçün vaxt ayırırlar,” – deyə Steph Warren bildirir. O, əvvəllər Banksy ilə çalışıb və mənim birinci mövsümümə də qatılıb. “Çox şirin bir an idi!”
Sam ilə yanaşı, mən Gert və Qarinin də hekayəsini izlədim. Onlar da soyadlarının qeyd olunmasını istəmədilər.
Suffolk əyalətinin Lowestoft şəhərindəki kirayə evlərinin divarında bir səhər 9 metrlik bir qamışquş (seagull) peyda oldu.
Bu quş o qədər böyük idi ki, Banksy-nin vizual zarafatı işləsin: rəssam evin divarının altındakı skip konteynerinə sarı izolyasiya lentləri atmışdı – elə bil quş içindən kartof qızartması oğurlayırmış kimi görünürdü.
Banksy divar seçimini yaxşı etmişdi – çünki qatarla gələn turistlər birbaşa bu zarafatla qarşılaşırdı.
Bu “Lowestoft Qamışquşu”, Banksy-nin Great British Staycation adlı post-Covid yay kampaniyasının bir hissəsi idi – məqsəd Britaniyada istirahət edənlərə əhval vermək idi.
Amma Gertin əhvalı yerində deyildi. “O qamışquş deyil, albatrosdur!” – deyə mənə zarafatla dedi.
“O rəsmin Banksy-yə məxsus olduğunu necə bildiniz?” – soruşdum.
“Divarda skafolder (iskele) vardı. Soruşdum bu hansı şirkətindir, amma əlaqə nömrəsi yox idi,” – cavabladı Gert. “Bazar ertəsi gününə agentlik mənə dedi ki, bu, Banksy ola bilər. O vaxta qədər iskele yox olmuşdu, divarda isə artıq quş rəsmi vardı.”
Bu, Banksy-nin işləmə üsuluna tam uyğundur. O, açıq şəkildə gizlənməyin ən yaxşı üsul olduğunu iddia edir.
O, öz “Wall & Piece” kitabında yazır: “Əgər kiminsə sənin qanuni olub-olmadığını soruşduğunu görsən, sadəcə saatlıq əmək haqqından şikayət et.”
Mənbə: BBC
Tərcümə etdi: Fatima Farzali
